AZAL-ın vitse-prezidenti: "Bütün legionerləri komandadan göndərəcəyik"

15:54 - 26 İyun 2015

"Ayaz Mehdiyev baş məşqçinin istəyi ilə komandadan göndərilib"
 
"AZAL dağılmır. Sadəcə klub rəhbərliyi klubun strategiyasını dəyişir. Legionerlərlə sağollaşıb, gənc yerli prespektivli uşaqlara şans verəcəyik. Gənclərdən ibarət komanda quracağıq və növbəti 2-3 ilə iddialı komanda quracağıq".
 
Bu sözləri Sportal.az-a açıqlamasında AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov bildirib. O, 4 yerli futbolçu Aleksandr Şemanayev, Kərim Diniyev, Şəhriyar Rəhimov və yeni transfer Ayaz Mehdiyevin də komandadan ayrıldığını bildirib:
 
"Bəli, 4 futbolçu komandadan gedib. Yeni transfer Ayaz Mehdiyevi baş məşqçinin istəyi ilə komandaya göndərdik. Digər futbolçuların da komanda ilə müqaviləsi başa çatmışdı".
 
Hüseynov bütün legionerlərin komandanı tərk edəcəyini bildirib:
 
"Mənə elə gəlir ki, bütün legionerlər gedəcək. Ancaq yerli futbolçularla mübarizə aparacağıq. Təcrübəsiz də olsalar, ancaq gənc futbolçular transfer edəcəyik. Onlara şans verəcəyik ki, təcrübə qazansınlar və növbəti illərdə komandaya kömək etsinlər.
 
Legionerlərə 1 aylıq borcumuz qalıb və həmin ayın da maaşları yaxın günlərdə ödəniləcək. İnanmıram ki, hansısa legioner FİFA-ya şikayət etsin. Çünki hamısı ilə söhbəti edib razılaşmışıq".

Xəbər xətti