Futbolçulara artıq məlumat verilib
Dünən "Bakı" klubunun bazasında iclas keçirilib.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, iclasda Yaşar Seyidov, Novruz Əzimov, Qəhrəman Əliyev və bir neçə futbolçu iştirak edib. İcasda futbolçulara bildirilib ki, növbəti mövsümdə Premyer Liqada çıxış edəcəyik. Bu səbəbə görə də cəmi 2-3 nəfər futbolçunun transfer vərəqəsi özlərinə veriləcək və komandanın özəyi saxlanılacaq. Qeyd edilib ki, növbəti mövsüm Premyer Liqada qalacağı təqdirdə maliyyə problemi yaşanmayacaq.
Digər bir məlumata görə, Novruz Əzimov komandaya baş məşqçi, Qəhrəman Əliyev isə ona köməkçi təyin edilib.
saytlarin hazirlanmasi