Kamran Ağayev: "Yalnız Türkiyədən yox, başqa ölkələrdən də təkliflər var" MÜSAHİBƏ

15:32 - 27 İyun 2015

"Amma indi başqa düşüncələrdəyəm"
 
Millimizin və "Kayserispor"un qolkiperi Kamran Ağayevin Sportal.az-a müsahibəsi:
 
- "Kayserispor"da çıxışını necə dəyərləndirirsən, sanki son turlarda aldığın zədəyə qədər hər şey yaxşı gedirdi...
- Futboldasansa, zədə alacaqsan. Elə qapıçıyam ki, nəysə əldə etmək istəyirəm, buna görə də heç vaxt özümü nə məşqlərdə, nə də oyunlarda qorumamışam. "Kayserispor"a gəlincə, ora getmək niyyətim yox idi, sadəcə futbol bizi oralara apardı. Azərbaycan çıxmağı bu günə qədər düşünməmişdim. Amma indi başqa düşüncələrdəyəm. Əvvəl deyirdim, 25 yaşıma kimi xaricə getsəm, gedəcəm, yoxsa getməyəcəm. İndi isə yalnız yüksək yerlərdə oynamağı düşünürəm. İndi "Kayserispor"la müqaviləm qurtarıb. Amma hələlik bilinmir. bu komandada qalacam, yoxsa gedəcəm. Bu işlərlə menecerim məşğul olur. Özüm Bakıda həm istirahət edirəm, həm də məşqlərimi davam etdirirəm. Mövsümün axırlarında əlimdən zədə aldığım üçün çox məşqsiz qaldım. Amma şükürlər olsun ki, indi yaxşıyam və məşqlərimi edirəm ki, daha yaxşı formada olum.
 
- "Kayserispor"da baş məşqçi Cüneyt Dumlupınar "Karşıyaka"nı çalışdıracaq. Və sənin də adın onun transfer siyahısında yer alır...
- Transfer məsələlərinə qarışmıram. Bu işlərlə menecerim məşğul olur. Yalnız Türkiyədən yox, başqa ölkələrdən də təkliflər var. Qışda şəxsi həyatımda bir az problemlərim var idi, daha sonra azarkeşlər bir tərəfdən, mətbuat bir tərəfdən üstümə gəldi. Mən də həmin vaxt ölkədən getməyi qərara aldım. Ora getdim, yəqin ki, itirməmişəm. İndi təkliflər var, menecrimlə fikirləşib yaxşı bir qəraar verəcəyik.
 
- Milli ilə baş məşqçi Robert Prosineçkinin rəhbərliyi altında son iki oyuna 4 xal qazandınız. Xüsusi ilə də son oyunda Norveç səfərindən xalla qayıtdınız...
- Oyunun videoyazısına baxanda gördük ki, daha artığını edə bilərdik. Norveçdən 1 xal gətirmək də pis nəticə deyil. Amma bu o demək deyil ki, ora heç-heçə üçün getmişdik. Baş məşqçi nə göstəriş verirsə, biz də onu etməyə çalışırıq. Norveçlə oyundan bir neçə gün öncə Serbiya ilə yoxlama oyunu keçirdik. Həmin oyunda 1 aydan çox idi ki, meydançaya çıxmırdım. Həmin oyunda gücümün zəifliyi, oyuna qoşulmağımda bir az problemlərim oldu. Norveçlə oyuna qədər bir az hazırlaşdım, amma demərəm ki, həmin oyunda yüz faiz hazır idim. Millidə meydana çıxırsansa, Azərbaycan üçün vuruşmalısan. Bizə mükafat versələr də, verməsələr də, vuruşmalıyıq. Çünki mili qürur yerimizdir.
 
- Son iki oyunda millimiz daha yaxşı təsir bağışlayır... 
- Prosineçkinin taktikası Foqtsun taktikasından daha fərqlidir. Yeni baş məşqçi tam başqa bir şey istəyir. Ona görə də, fərq görsənir. Əvvəl bizə deyilirdi, müdafiə futbol oynayın biz də onu edirdik. Amma indi daha yaxşı futbol oynamağa, açıq futbola üstünlük veririk. Bizəməşqçi tərəfindən nə göstəriş verilirsə, onu etməyə çalışırıq

Xəbər xətti