Yoldaşlıq matçı
Türkiyənin Kapadokiya bölgəsində hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” bu gün növbəti yoxlama görüşünü keçirəcək.
Sportal.az xəbər verir ki, cənub təmsilçisi Bakı vaxtı ilə saat 20.00-da Türkiyə həvəskarlar liqində mübarizə aparan "Antalya Kundu Spor” klubu ilə məskunlaşdığı otelin futbol meydanında qarşılaşacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” ilk iki oyunda “Niğdespor”a qalib gəlib (1:0), Superliqa komandası “Kasımpaşa”ya isə məğlub olub (0:2). Komanda iyulun 21-də Superliqanın digər təmsilçisi “Kayserispor”la üz-üzə gələcək.
18 iyul
20:00. "Xəzər Lənkəran" - "Antalya Kundu Spor"
Qollar: Rahid Əmirquliyev, 3, Vüqar Nadirov, 20, Vaqif Cavadov, 20, Rəşad Eyubov, 48, 62, Ruslan Abışov, 62, Elnur Cəfərov, 73, Kazım Kazımlı, 78 - Mehmet Meke, 1
saytlarin hazirlanmasi