“Hakimin nə vaxt penalti təyin etməsinin fərqi yoxdur”
Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Kiprdə “Apollon”la oyundan (1:1) sonra “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçukun iştirakı ilə mətbuat konfransı keçirilib.
Sportal.az xəbər verir ki, ukraynalı çalışdırıcı bildirib ki, komandası rəqibdən daha yaxşı oynayıb.
“Oyun maraqlı və gərgin keçdi. Stadiondakıatmosfervə azarkeşlərin komandalarını dəstəkləməsi xoşuma gəldi. Oyunun gedişində hesabda geri olub, sonradan bərabərlik qolunu vurduğumuzu nəzərə alsaq, hesabı normal saymaq olar. Komandamız bu matçda yaxşı, rəqibdən daha güclü oynadı.“Apollon”la müqayisədə biz daha çox qol imkanları yaratdıq. Düşünürəm ki, hesab fərqli, bizim xeyrimizə də ola bilərdi”.
“Apollon”un yaxşı komanda olduğunu deyən mütəxəssis hakimliyə də toxunub:
“Hakimlikdən danışarkən, siz emosiyalara əsaslanırsız. Bu matçın hakimi yüksək səviyyəyə malikdir. Bütün komandalar oyunlarına onun təyinat almasını istəyir. Emosiyaları kənara qoyub, oyunu bir daha peşəkar gözüylə izləsəniz hakimlik haqda fikirləriniz dəyişər. Komandam qalib gəlmirsə, mən narazı qalıram. Hakimin nə vaxt penalti təyin etməsinin fərqi yoxdur. Əsas qərarın düzgün verilib-verilməməsidir. Bu oyundakı epizodun təkrarına baxmasam da, hakimi tanıdığımdan, səviyyəsinə, təcrübəsinə bələd olduğumdan onun düzgün qərar verdiyinə əminəm”.
saytlarin hazirlanmasi