"Qarabağ" və "Qəbələ" qələbə qazandı YENİLƏNİB

22:55 - 15 Avqust 2015

Premyer Liqanın ikinci turu

 

Bu gün Azərbaycan Premyer Liqasında II turun oyunlarına start verilib.
 

Sportal.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Ölkəmizi Avropa Liqasının pley-off mərhələsində təmsil edəcək "Qarabağ" və "Qəbələ" növbəti matçlarına çıxıb. "Qarabağ" səfərdə "Rəvan"ı 2:1 hesabı ilə məğlub edib. "Qəbələ" isə AZAL-ı 2 cavabsız qolla üstələyib.

 

15 avqust (şənbə)

Azərbaycan  Premyer Liqası, 2-ci tur

21:00. "Rəvan" – "Qarabağ" 1:2

Qol: Tural Qürbətov,87, - Yamin Ağakərimzadə, 67-avtoqol, Qara Qarayev,83

Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Vaqif Musayev, Xəlil Xəlilov.

Bakı. "Bayıl Arena".

 

21:00. AZAL – "Qəbələ" 0:2 

Qol: A.Qay,45,pen, Aleksey Antonov, 76

Hakimlər: Fariz Yusifov, Elman Musayev, İsgəndər Əliyev, Ziya Nəsirov.

Bakı. "Dalğa Arena".

Xəbər xətti