"Şəmkir" Fatih Terimin köməkçisini ölkəmizə dəvət etdi

19:28 - 22 Avqust 2015

Cenk Özcan ölkəmizə gələcək
 
"Şəmkir" Futbol klubunun rəhbərliyi rayonda futbolun inkişafı ilə əlaqədar olaraq bir sıra silsilə işlər görür.
 
Sportal.az xəbər verir ki, bu işlər çərçivəsində klub rəhbərliyi tanınmış türkiyəli mütəxəssis, vaxtilə Türkiyə yığma komandasında Fatih Terimin köməkçisi işləmiş Cenk Özcanı ölkəmizə dəvət edib.
 
Cenk Özcan "Odlar Yurdu"na səfər çərçivəsində 23-30 avqust tarixləri arasında Şəmkirdə olacaq. Tanınmış məşqçi yerindəcə klubun infrastrukturu və uşaq futbolunun vəziyyəti ilə tanış olacaq.

Xəbər xətti