"Şəmkir" daha bir yoxlama matçı keçirir

18:37 - 25 Avqust 2015

"Göyəzən"lə üz-üzə

 

Növbəti mövsüm hazırlıqlarını davam etdirən "Şəmkir" daha bir yoxlama matçı keçirir.

 

Sportal.az xəbər verir ki, Şəmkir təmsilçisi Qazax şəhər stadionunda "Göyəzən"i qəbul edəcək. Görüş sabah saat 18:00-da start götürəcək.

 

Qeyd edək ki, "Şəmkir" daha öncə keçirdiyi yoxlama matçında "Turan Tovuz"u 2:0 hesabı ilə məğlub edib.

Xəbər xətti