AZAL "Şərurspor"la qarşılaşacaq

11:38 - 28 Avqust 2015

Yoxlama matçı

 

I Diviziona yeni yüksələn "Şərurspor" daha bir yoxlama matçı keçirəcək.

 

Sportal.az xəbər verir ki, "Dalğa Arena"da AZAL-la qarşılaşacaq "Şərurspor" futbolçular arasında seçim etdikdən sonra avqustun 30-da təlim-məşq toplanışına start verəcək. Matç sabah saat 18:00-da start götürəcək.

 

Qeyd edək ki, "Şərurspor" daha öncə "Bakı"nı 3:0, MOİK-i isə 1:0 hesabı ilə məğlub edib. "Rəvan"la keçirilən yoxlama matçında isə 1:2 hesablı məğlubiyyətlə üzləşib.

Xəbər xətti