"Bunun üçün çalışırıq"
Premyer Liqada V tura bu gün keçirilən “Qəbələ” – “Sumqayıt” oyunu ilə yekun vuruldu. Bu matç meydan sahiblərinin 1-0 hesablı qələbəsi ilə yekunlaşdı.
Sportal.az xəbər verir ki, oyundan sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bunları qeyd edib:
“Biz qeydə alınan nəticələrə görə şadıq. Buna görə Allaha dua edirəm. Sadəcə, oyunumuzu daha yaxşılaşdırmaq istəyirik və bunun üçün çalışırıq”.
saytlarin hazirlanmasi