"Futbolçulardan razıyam"
Premyer Liqada V tura bu gün keçirilən “Qəbələ” – “Sumqayıt” oyunu ilə yekun vuruldu. Bu matç meydan sahiblərinin 1-0 hesablı qələbəsi ilə yekunlaşdı.
Sportal.az xəbər verir ki, oyundan sonra "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov bunları qeyd edib:
“Biz “Qəbələ”nin gücünə, səviyyəsinə bələdik. Odur ki, bu gün əks hücumlara bel bağladıq. Düşünürəm ki, qol epizodları yarada bildik, rəqibə boşluq vermədik. Futbolçularım meydançada yaxşı mübarizə apardılar. Biz bu oyunu qalib başa vura bilərdik. Amma şanslardan yararlana bilmədik. Bütün bunlara baxmayaraq, futbolçulardan razıyam”.
saytlarin hazirlanmasi