"Qəbələ"nin yeni kommersiya direktoru: "Komandada ilk işimiz..."

15:47 - 22 Sentyabr 2015

"Bu məsələdə gəlir önəmli deyil"
 
Hazırda "Qəbələ"  İdman Klubu "Qafqaz Point" oteldə mətbuat konfransı keçirir.
 
Sportal.az xəbər verir ki, klubda yeni kommersiya direktoru təyin edilən Mustafa Aztopal təyinatından danışıb.
 
"Bu gündən etibarən rəsmən "Qəbələ"də işimə başlayıram. Klubla tanışlığımız 1 il əvvəl baş tutb, klub prezidentinin müşaviri Toni Adamsla tanışlığımız nəticəsində kluba dəvət olundum. Bir neçə gün əvvəl klub prezidenti Tale Heydərovla söhbətim oldu. Azərbaycanda işləməyin  mənə xüsusi verdiyi bir həyəcan var. Burda olmaqdan xoşbəxtəm. Bugünki "Sarar" şirkəti ilə imzaladığımız müqavilə bizim qloballaşmamız üçün atılan xüsusi bir addımdır. 
 
- Bu gün aparıcı futbol ölkələrində əsas gəlir mənbəyi bilet satışı, teleyayım və s-lardır. Azərbaycanda isə vəziyyət başqadır. Siz Azərbaycanda elə bir iş görə biləcəksiniz mi, klub rəhbərinin sahibi olduğu şirkətlərin köməyi olmadan klubun 60-70 faiz xərclərini qazandıra biləcəksiniz?
- "Qəbələ" üçün futbolun son 1-2 ildəi inkişafından sonra bir neçə addım atacağıq və bunun üçün çalışmalara başlamışıq. Hədəfimiz ilk növbədə azarkeşlərlə bağlıdı. Bu məsələdə gəlir önəmli deyil, əsas azarkeşlərimizin yanımızda olmasıdır. Bu əksiklikləri aradan qaldırmaq üçün çalışacağıq.
 
 
- Klubda əsas olan iş birliyidir. Bunu da önəmli tutub komandanın xeyri üçün çalışacağıq.
 
- "Qəbələ"nin əyalət təmsilçisi olması işinizi çətinləşdirmir?
- İngiltərədə olduğum zaman, bununla bağlı araşdırma etmişdim. İnsanların şəhərinin komandasının olmasından gğzəl bir şey ola bilməz. "Qəbələ" də qısa müddətdə böyük uğurlara imza ataraq adını tanıtdırdı. Azarkeşlərlə əlaqədə olacağıq və bunun sayəsində daha da irəliləyəcəyik.
 
- Komandada ilk işiniz nə olacaq?
- Əsas məsələ azarkeşlərimizin komandaya sahib çıxmasıdır. Başqa bir neçə mövzularımız da olacaq.
 
- "Kasımpaşa"da işləmisiniz, orda hansı yenilikləri burda tətbiq edəcəksiniz?
- Orada dah böyük səlahiyyətlərim var idi, "Qəbələ"də əsas işim sosial layihələr, sponsorlarla danışıqlar və azarkeşlərlə işdir. Əsas məqsəd isə "Qəbələ"nin bir marka olmasıdır.
 
"Sarar" şirkəti ilə sponsorluq müqaviləsi imzalanması Səməd müəllimin öz işidir. onu bu iş münasibəti ilə təbrik edirəm". 
 
Klubun media və marketinq şöbəsinin sədri Səməd Nəsibov yeni təyinatla bağlı fikirlərini də bildirib:
 
"Mustafa bəyin həm iş təcrübəsi, həm də bu sahədə olan təhsili olduqca böyükdür. Biz də Mustafa bəyin təcrübəsindən istifadə edib komanda şəklində çalışacağıq",

Xəbər xətti