"Artıq neçənci dəfədir ki, "Neftçi" ilə matçlarda azlıqda qalırıq" MÜSAHİBƏ

00:38 - 23 Sentyabr 2015

Rasim Ramaldanov: "O futbolçunu da pisləmək istəmirəm"
 
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanovun Sportal.az-a müsahibəsi
 
- Mövsümün ilk "Böyük oyun"unda qalib müəyyənləşmədi. 1:1 hesabı ilə başa çatan matç barədə fikirlərini bilmək maraqlı olardı...
- "Neftçi" ilə oyunlarımız həmişə gərgin mübarizə şəraitində keçir. Rəqib meydanında oynayırdıq, azarkeşlərimiz yox idi. Bizə çətin olacağını bilirdik. Amma yenə də oynadıq. Bundan əlavə, stadion bərbad vəziyyətdə idi. Qırmızı vərəqə aldıq, 10 nəfərlə mübarizə apardıq. Hesabda geridə olsaq da, özümüzdə güc tapdıq və hesabı bərabərləşdirdik.
 
- Hesabda geri düşdükdən sonra 10 nəfərlə bərabərlik topunu vuracağınıza inanırdız? Yoxsa ümidinizi itirmişdiz...
- Ümidimizi üzməmişdik. Artıq neçənci dəfədir ki, “Neftçi” ilə matçlarda azlıqda qalırıq, hesabda geri düşürük, amma sonda hesabı bərabərləşdiririk.
 
-Oyunun sonlarına yaxın "Neftçi"nin hücumçusu Anyete ilə aranızda gərginlik yaşandı. Buna səbəb nə idi?
- Bu futboldu, belə şeylər həmişə olur. O futbolçunu da pisləmək istəmirəm.
 
- Hakimlik barədə nə deyə bilərsən?
- Skarlatakenin epizodunda sarı vərəqə var idi. Məncə hakim haqlı qərar verdi. Bundan başqa, penaltinin də olduğunu düşünürəm.
 
- Gənclərlə oynamaq sizə nə dərəcədə çətinlik yaradır?
- Düzdür çətinlik var, cavanlar hələ tam uyğunlaşmıyıblar. Amma yenə də pis deyillər. Əl-ələ verib nəticə qazanmağa çalışırıq.

Xəbər xətti