"Əksinə, rəqibi məcbur etməlidirlər ki, onların taktikasını oyrənsinlər"
Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev “Qarabağ” və “Qəbələ”nin Avroliqadakı çıxışı haqda danışıb.
Sportal.az futbolxeber.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis “Qəbələ”nin oyununu canlı izləmək üçün Krasnodara yollanacağını da qeyd edib:
“Qarabağ” növbəti oyununu “Anderlext”ə qarşı keçirəcək. Çətin oyun olacaq. Amma Ağdam klubunun şansı var. “Qarabağ” evdə “Anderlext”ə qalib gəlsə, o zaman “Tottenhem”i də məğlub edəcək. O ki qaldı “Qəbələ”yə, “Krasnodar”la oyunu izləmək üçün komanda ilə birgə mən də səfərə yollanacağam. “Qəbələ”yə də inanıram. Avroliqanın qrup mərhələsində mübarizə aparam hər iki klubumuzun heyətinin əsasını legionerlər təşkil edir. “Qarabağ” və “Qəbələ” oyun taktikalarını dəyişməməlidirlər. Əksinə, rəqibi məcbur etməlidirlər ki, onların taktikasını oyrənsinlər, bunun üzərində baş sındırsınlar”
saytlarin hazirlanmasi