Reynaldo: "Anderlext"in müdafiəçilərini yaxşı tanıyıram"

15:19 - 30 Sentyabr 2015

"Azarkeşlərimizin də dəstəyinə ehtiyacımız var"
 
Sabah Avroliqanın qrup mərhələsində təmsilçimiz "Qarabağ" Respublika stadionunda "Anderlext"i qəbul edəcək.
 
Sportal.az xəbər verir ki, "Qarabağ"ın braziliyalı forvardı Reynaldo oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:
 
"Bilirik ki, sabah bizi çətin oyun gözləyir. "ANderlext" həm hücumda, həm də müdafiədə yaxşı olduğunu bilirik. Komanda olaraq əlimizdən gələni edəcəyik. Rəqibi yaxşı təhlil etmişik. Azarkeşlərimizin də dəstəyinə ehtiyacımız var.
 
- Vaxtı ilə çıxış etdiyin "Anderlext"ə qarşı oynayacaqsan. Əlavə ruh yüksəkliyi varmı?
- İstənilən rəqibə qarşı necə hazırlaşıram, bu oyun da elədir.
 
- "Anderlext"in qapıçısı bildirib ki, Reynaldo yaxşı yadımdadır. Onunla meydanda olmaq məni sevindirəcək. Sənin bu haqda fikirlərin nədir?
- Onun dediyi xoş sözlərdən məmnunam. biz meydançada rəqibik, əlimdən gələni edəcəm ki, öz sözümü deyim.
 
- Reynado rəqib müdafiəçilərini öyrənə bilib? 
- Əlbəttə, onları yaxşı tanıyıram. Əlimdən gələni edəcəm ki, komandama kömək edim.

Xəbər xətti