Qurban Qurbanov: "Düşündüyüm kimi oynasaq 1 yox, 3 xal da qazana bilərik"

15:30 - 30 Sentyabr 2015

"Belə şeyləri boş vermək lazımdır"
 
Sabah Avroliqanın qrup mərhələsində təmsilçimiz "Qarabağ" Respublika stadionunda "Anderlext"i qəbul edəcək.
 
Sportal.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:
 
"Düşünürəm ki, çoxdandır öz azarkeşlərimizin qarşısında belə oyun keçirmək istəyirdik. Sürətli və istəkli komandaya qarşı oynayacağıq. "Anderlext" həmişə öz transferləri ilə bağlı çox komandadan üstün olur. Daha çox ustalıq səviyyəsi yüksək olan futbolçuları transfer edir. Çox diqqətli olmalıyıq, futbolçuların ustalıq səviyəəsi yüksəkdir. Xüsusi ilə 99 nömrəli Okakanı fərqləndirərdim, cinahlar və hücumun mərkəzində təhlükəlidir. Belə komandalara qarşı oynamaq bizim üçün xoşdur, futbolçularımızın hər biri dərk edir ki, nə qədər istəkli olmalıyıq. Bu komandaya qarşı sürətli olmasaq yaxşı oyuna göstərə bilmərik. Nəticə üçün əlimizdən gələni edəcəyik. Bu oyun futbolçularımın təcrübəsinin artması baxımından çox önəmlidir.
 
Mənim komandama psixoloq lazım deyil, yetərincə özüm futbolçularla söhbət edirəm. Futbolçular mənə, mən də futbolçulara inanıram.
 
- Çumbinyo sabah oyunun iştirak ərizəsində yer alacaq?
- Sabah ilk "18-lik"də belə olacaq. Qarşıdakı oyunlarda bizə kömək edəcək. Təcrübə baxımından onu sabahkı oyunda risk edib oynayda bilməzdim.
 
- Sabah Avrokuboklarda yubiley, yəni 50-ci oyununuza çıxırsınız...
- Bunu eşitmək xoşdur, ümumiyyətlə belə oyunlarda yaxşı oyun və nəticə əldə etmək istəyirik. ola bilsin ki, futbolçular tapşırıqları tam yerinə yetirsin, amma yaxşı nəticə əldə edə bilməyək. Sabahkı oyununun sonuna qədər psixoloji durumda önəmlidir.
 
- Komandada əhval-ruhiyyə necədir? Son zamanlar mətbuatda komandada gərginlik olduğu deyilirdi...
- Hər şey yaxşıdır. Bizim komandada belə şeylər olmur. Belə şeyləri boş vermək lazımdır.
 
- "Tottenhem"lə oyunda 1 qol vurub 3 qol buraxdınız. Sizcə, komandada belə bir problem olması nə ilə bağlıdır.
- Bunu normal qarşılamaq lazımdır. əgər belə şeylərə fikir veririksə, "Mançester Siti" "Tottenhem"ə 1 qol vurub daha sonra 4 qol buraxdı. Futbolçularımın "Tottenhem"lə ilə bu oyunun hazırlıqlarına tam fərqli baxıram. Ola bilər ki, sabah meydanda 3 və ya 4, hətta 6 nəfər hücumda çıxış etsin. Biz hücumda ola-ola müdafiə olunmağı bacarmalıyıq. 
 
- Sabah bir xalla kifayətlənsəniz, bunu uğur hesab edəcəksiniz?
- Nəticə barəsində həmişə oyundan sonra fikirlərimi bildirəcəm. Əgər mən düşündüyüm kimi, oynasaq 1 yox, 3 xal da qazana bilərək.

Xəbər xətti