"Bu mövsüm 5 oyunda çıxış etmişik, cəmi 1 dəfə məğlub olmuşuq"
Sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində 2-ci turunda "Qarabağ" öz meydanında Belçikanın "Anderlext" klubunu qəbul edəcək.
Sportal.az xəbər verir ki, "Anderlext"in baş məşqçisi Besnik Hasi oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:
- "Anderlext"in prezidenti 2 oyunda 6 xal qazanmaq lazım olduğunu bildirmişdi...
- Bizim üçün çox çətin olacaq. Biz bütün matçlara eyni ciddiyətlə hazırlaşırıq. Bu mövsüm 5 oyun keçirmişik, cəmi 1 dəfə məğlub olmuşuq. Bu oyunda da qələbə qazanmağa çalışacağıq.Əslində prezidentimizin açıqlamasına görə, rəqib sanki 2-ci liqa komandasıdı. Amma bu belə deyil, rəqibin 30 minlik azarkeş dəstəyi var. Onlar da qələbə qazanmaq üçün meydana çıxacaqlar.
- Çox inamlı danışırsınız...
- Mən həmişə öz futbolçularıma inam verməyə çalışıram. Bəzi futbolçularım var ki, uzun fasilədən sonra meydana çıxacaqlar.
- Bu oyunla bağlı xüsusi düşüncələriniz nədir?
- Komandamın heyətində dəyişikliklər var. Ən yaxşı heyəti qurmaq üçün çalışırıq. Qol vəziyyətlərimiz çox yaradırıq lakin bundan istifadə edə bilmirik.
- Ölkələrarası vaxt fərqi təsir edir?
- Əlbəttə, tez gəlsəydik bizim üçün yaxşı olardı. Buna fikir verməməyə çalışacağıq. Bütün hazırlıqlarımızı Belçika saatı üzrə aparırırıq.
- Belçika vaxtı ilə riayət etsəniz onda futbolçular gec yatıb, gec qalxacaqlar...
- Bəli nəzərə almaq lazımdı ki, sabah oyun da gec başlayacaq.
-Belçika klubları heç vaxt Bakıda qalib gələ bilməyib. Bu sizə nə dərəcədə təsir göstərəcək?
- Bizim üçün bunun fərqi yoxdu. Əsas "Qarabağ"ın oyunudu. Onlara boş zona vermək olmaz. Rəqibin futbolçularını tanıyırıq.
saytlarin hazirlanmasi