"Bu da həddindən artıq çətindir"
"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynovun Sportal.az-a müsahibəsi:
- Yeni transferlərdən istifadə edə bilmədiyimizə görə, bu mövsüm əsas məqsədimiz yaxşı oyun göstərməkdi. Heytimiz kasaddı, təcrübəli futbolçularımız çox azdır. Dekabra kimi çalışacağıq ki, maksimum xal qazanmaqdır.
- Qış fasiləsində yeni transferlərin edilib-edilməməsi turnir cədvəlindəki tutduğunuz yerdən asılı olacaq?
- Qışa qədər maksimum xal toplamalıyıq. Desəm hazırda çempionluğa oynayırıq, reallıqdan uzaq qalar. Dekabra kimi 18 oyun var və gənc futbolçularla oynayacağıq. Bu da həddindən artıq çətindir. CAS-dan bu həftə bizim xeyrimizə cavab gəlsə, transferlər edəcəyik. Əgər yenə də müsbət cavab gəlməsə, edə biləcəyimiz bir şey yoxdur. Bunun cəzalısı var, zədəlisi var. Hər şeyi nəzərə almaq lazımdır
- Komandanın təcrübəli futbolçularından Adrian Skarlatake bu mövsüm iki qırmızı vərəqə alıb. Onunla söhbətiniz olubmu?
- “Neftçi” ilə oyunda hakim Skarlatakeyə ikinci sarı vərəqəni verməyə bilərdi. İnanmaram ki, o da qəsdən sarı vərəqələr alıb meydandan qovulsun. O da istəkli oynayır, diqqət yetirsək görərik ki, oyun epizodlarında sarı vərəqə alıb. Müdafiəçilərə tapşırıq verilib ki, diqqətli olsun. O da sürüşmə fəndi yerinə yetirib topu uzaqlaşdırmaq istəyirdi. Amma hakimlərimiz də belə epizodlara tez vərəqə göstərirlər. Onunla söhbətim olub, tapşırmışam ki, növbəti oyunlarda daha diqqətli olsun, belə hallar təkrarlanmasın.
- Pul cəzası verilib futbolçuya?
- Yox, pul cəzası verilməyib, amma tənbeh olunub.
- Hər mövsümün əvvəlində azarkeşlər “Xəzər Lənkəran”dan iddialılar sırasında olmağı istəyirlər. Bu il komanda avrokuboklara düşməsə, bu halda necə olacaq?
- Çalışacağıq ki, qışa qədər liderlər qrupundan çox da uzaq qalmayaq. Hamı görür ki, futbolçularımız meydanda canını qoyur. Bacardığımızı da edəcəyik. Həm də unutmayaq ki, kubok oyunları var. Kubokda da əsaq məqsəd sona qədər irəliləyib avrokuboklara vəsiqə qazanmaqdır.
- Yeni transferlərin çoxu məlum qadağaya görə komandanı tərk etdi. Yalnız qapıçı Pavel Kapsa komandada qalıb, onun taleyi necə olacaq?
- Kapsa hələlik komandanın heyətində məşq edir. Ola bilsin ki, Kapsa da gedə bilər. Amma indi məşqlərini davam etdirir.
- Sanki bu mövsüm oyunlarda çox əsəbi olursunuz...
- Hər məşqçi əsəbilər. Oyun epizodları alınmayanda, hirslənirəm. Sonuncu oyunda penalti epizodu yaratmağa ehtiyac yox idi. Həmin futbolçumuz oyundan sonra da pis olmuşdu. Nəzərə alın ki, futbolçularımız gənc və təcrübəsiz idi. O da istəməzdi ki, penalti olsun və ya komanda uduzsun.
- Bu mövsüm komandadan razı qaldığınız oyun hansı olub?
- Uduzmağımıza ən təəssüfləndiyim oyun “Zirə” oyunu olub. Ən pis oynadığımız qarşılaşma “Rəvan”la olub.“Neftçi”, “Qarabağ” və “Sumqayıt”la oyunlarda razıydım, amma deməzdim ki, hər şeyi super etdilər.
- Komandada maliyyə vəziyyəti nə yerdədir?
- Biz də hər şey normaldır.
saytlarin hazirlanmasi