"Hakimlərin "Sumqayıt"a qarşı konkret antipatiyası var"

00:38 - 1 Oktyabr 2015

"Həmin epizodu öz saytlarında göstərsinlər"
 
Bu mövsümün startından 6 tur keçməsinə baxmayaraq "Sumqayıt" klubu 3 qırmızı vərəqə və 20-yə yaxın sarı vərəqə ilə cəzalandırılıb.
 
Komandanın baş məşqçisi Aqil Məmmədov bu məsələyə Sportal.az-a açıqlamasında aydınlıq gətirib:
 
"İlk turda "Rəvan"la oyundan danışmaq istəyirəm, Ağabala Ramazanov qaydanı pozur, ilk dəfədən qırmızı vərəqə alır. Amma rəqib futbolçular yalnız 4-cü dəfədən  sonra sarı vərəqə alır. Kimə desən deyərlər, hakimlərin bizə qarşı konkret antipatiyası var. "Zirə" ilə oyunda Aleksandr Çertaqanovu yıxırlar, qırırlar, cərimə zərbəsi də verilmir. Amma Çertaqanov bir balaca toxunan kimi qırmızı vərəqə verilir. Sonuncu AZAL-la oyunda Bəxtiyarın ilk sarı vərəqəsi ilə razıyam. Amma ikinci sarı vərəqə epizodunda konkret topa oynamışdı. Deyirlər, hakim haqlı yerə qırmızı vərəqə verdi. Həmin epizodu öz saytlarında göstərsinlər, mən də baxım deyim "hə, qırmızı vərəqə var idi" Biz baxdığımız görüntüdə, topa oynadığı açıq aşkar hiss olunur. "Qəbələ" ilə oyunda futbolçunun etdiyi hərəkətə qırmızı vərəqə verilməli idi, amma verilmir. O səhv qərarların biri də bizim leyhimizə verilsin".

Xəbər xətti