Tahir Gözəl: "Sən yanmasan, mən yanmasam, bu gecə necə aydınlığa çıxar"

00:19 - 2 Oktyabr 2015

"Qarabağ" tarix üstünə tarix yazır"
 
Bu gün Avroliqanın qrup mərhələsinin ikinci turunda təmsilçimiz "Qarabağ" doğma meydanda "Anderlext"i 1:0 hesabı ilə məğlub edib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra komandanın prezidenti Tahir Gözəl oyun haqda fikirlərini bildirib:
 
"Möhtəşəm qələbə idi. "Qarabağ" tarix üstünə tarix yazır. Hamımızı təbrik edirəm. Bu qələbədən sonra qrupda ikinci yerdəyik. Bu tempdə davam etsək, gözəl uğurlar qazanacağıq. Bu qrupdan çıxsaq, dünyada "Qarabağ"ın adını tanımayan olmayacaq. Bunu bacarmaq çətindir, amma biz inanırıq. Hər gün daha da yaxşı oyun göstəririk. Heyətimiz gözəl klub yaradıb. Artıq Avropa səviyyəsində futbol oynayırıq",
 
 Tahir Gözəl azarkeşlərin az gəlməsi məsələsinə də toxunub:
 
"Azarkeşlər əvvəllər az idi, sonradan gəlməyə başladılar. Azarkeşlərimiz gəlsə də, gəlməsə də, biz onlardan dəstək gözləyirik. yeni transferləin reallaşması da azarkeşlər üçündür. Xahişim odur ki, gəlib bizə dəstək olsunlar. Bu klub hamımızındır. Nazim Hikmətin bir şeri var, sən yanmasan, mən yanmasam, bu gecə necə aydınlaşar". Biz də çalışırıq ki, azarkeşləri stadiona cəlb edək. Hamımız kluba dəstək verməyə can atmalıyıq".
 
Tahir Gözəl "Krasnodar"la qarşılaşan "Qəbələ"yə uğurlar arzulayıb.

Xəbər xətti