“Qarabağ” 2 zərbə vurdu və bunlardan biri qol oldu"
Avropa Liqasının qrup mərhələsi çərçivəsində doğma meydanda “Anderlext”i qəbul edən “Qarabağ” 1:0 hesablı qələbə qazanıb.
Sportal.az xəbər verir ki, oyundan sonra “Anderlext”in baş məşqçisi Besnik Hasi bunları qeyd edib:
“Avropada belə bir məqam var ki, əlinə düşən epizodları dəyərləndirmirsənsə, sonda uduzmalı olursan. İkinci hissədə elədiyimizi daha əvvəl etməliydik. Bunu bacarmadıq və sonda da belə bir nəticə əldə etdik. “Qarabağ” 2 zərbə vurdu və bunlardan biri qol oldu. Biz qapıya 6 zərbə vursaq da, qolla nəticələnmədi. Qol epizodu yaratmaqda çətinlik çəkirdik. Lakin bunun üzərində işləyəcəyik. Mən düşünmürəm ki, ilk 2 turda ən asan oyunları keçirdik. 1-ci oyunda mütləq qələbə qazanmalıydıq. Bunu bacarmasaq da, bu oyunda qələbə üçün çıxmışdıq. Lakin bizdə bu da alınmadı. “Qarabağ” çox yaxşı komandadır. Mən inanıram ki, mənim komandam daha yaxşıdır. Lakin bunu meydanda da göstərmək lazımdı. Biz əvvəlcədən “Qarabağ”ı qiymətləndirmişdik. Biz bilirdik ki, bu komanda 5 oyundur doğma meydanda məğlub olmur. Komandamı bu oyuna xüsusi hazırlasam da, meydanda istədiyimi ala bilmədim. Növbəti oyunlarda daha da diqqətli olmağa çalışacağıq”.
saytlarin hazirlanmasi