"Bu gün şans da bizim tərəfdə idi"
Avroliqanın qrup mərhələsinin ikinci turunda təmsilçimiz "Qarabağ" doğma meydanda "Anderlext"i 1:0 hesabı ilə məğlub edərək qrupda ilk qələbəsini qazanıb.
Sportal.az xəbər verir ki, təmsilçimizin aparıcı futbolçularından Qara Qarayev qarşılaşmanı belə şərh edib:
"Çox ciddi hazırlaşırdıq. Evdə xal götürməyə köklənmişdik, 3 xal qazandıq, sevindirici haldır. Azarkeşlərimizə təşəkkür edirəm, bizə dəstək oldular. Komandamız yığışanda yaxşı oyun göstərir. Azarkeşlərimizin önündə oynamaq bizə əlavə güc verir. Bu gün şans da bizim tərəfdə idi. "Anderlext" də təhlükəli hücumlar qururdu. Ancaq bu qələbə baş gicəlləndirməməlidir. İkinci hissədə məcburiyyətdən müdafiəyə çəkildik, riskə getmək istəmirdik. Ona görə də diqqətli olmalıydıq".
saytlarin hazirlanmasi