"Çox vacib 3 xal əldə etdik"
Avropa Liqasının qrup mərhələsi çərçivəsində doğma meydanda “Anderlext”i qəbul edən “Qarabağ” 1:0 hesablı qələbə qazanıb.
Sportal.az xəbərverirki, oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bunları qeyd edib:
“Hər bir futbolçudan razı qaldım. Baxmayaraqki, qələbə qazandıq, çox çətin rəqib qarşısında oynadığmız üçün müəyyən səhvlər etdik. Hər bir futbolçunu təbrik edirəm. Çox vacib 3 xal əldə etdik. Əsas odur ki, azarkeşlərimizi sevindirə bildik.
Şehiçə gəldikdə isə, onun bizim başqa vaxtlar da 3 xal qazanmağımızda böyük rolu olub. Bir futbolçunun üzərinə çox getdikdə ondan nəticə əldə etmək olmaz. Səhvlər hər bir futbolçuda olur. Qarşıdakı oyunlarda səhvlər üzərində çalışıb daha da uğurlu olacağına inanıram. Çünki Şehiçdə potensial var.
Onlar fiziki cəhətdən daha üstün idilər. Futbolçuların boyunun da uzun olmağı bizə çətinlik yaradırdı. Bu amil onların standart vəziyyətlərdə daha yaxşı oynamasına şərait yaradırdı. Lakin, əsas odur ki, qol buraxmadıq. Meydançaya gəldikdə isə, “Yanq Boyz”nan oyuna nisbətən ot örtüyü daha ideal idi. İlk hissədə çox güc itirdik. Ona görə də ikinci hissədə müəyyən çətinliklərimiz oldu. Buna baxmayaraq, sona qədər vuruşduq və istəiyimiz nəticəni qazandıq. Rəqib haqda həmişə yüksək fikirdə olmaq lazımdı. Ən azı onun gücünə hörmət etmək lazımdı. Real yanaşdıqda, hər üç komanda bizdən güclüdür. Lakin bu amil bizi qorxutmur. Ola bilər ki, bu gün “Anderlext”lə 90 dəqiqənin 30 dəqiqəsində üstün olduq.Lakin istədiyimizi ala bildik. Mübarizəmizi davam etdirərək qarşıdakı oyunlarda da qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
Künc zərbələri zamanı hər zaman müəyyən çətinlik çəkdiyimiz doğrudur. Lakin hazırda bir çox Avropa komandasında da bu amil özünü qabarıq şəkildə göstərir. Biz biliri ki, bu zəif cəhətimizdir. Lakin bunun qarşısını almağa cəhd edirik.
saytlarin hazirlanmasi