"Qarabağ"ın oyununda polislə belçikalı azarkeşlər arasında qarşudurma VİDEO

11:33 - 2 Oktyabr 2015

Öz futbolçularını fitə basdılar

 

Ötən gün Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, bu mötəbər tutnirdə digər Azərbaycan təmsilçisi “Qarabağ” doğma meydanda Belçikanın “Anderlext” klubunu qəbul edib. Ağdam klubu rəqibini minimal hesabla məğlub edərək ilk qələbəsini qazanıb və bununla da aktivə 3 xal yazdırıb.

 

Lakin gərgin mübarizə şəraitində keçən oyunun sonunda xoşagəlməz insident yaşanıb. Belə ki, belçikalı bir qrup azarkeş qarşılaşma bitdikdən sonra iğtişaş yaratmağa çalışıb. Onlar futbolçularının oyunundan narazılığı aqressiv şəkildə bildirməyə çalışıb, hətta meydana daxil olmaq istəyiblər. Lakin polis və Daxili Qoşunların əsgərləri dərhal hadisəyə müdaxilə edərək çılğın azarkeşlərin hərəkətlərini nəzarət altına alıb. (Olimpiya.az)

 

Xəbər xətti