Azarkeşlərin səbr kasası daşır
Premyer Liqanın 7-ci turunun matçında "Zirə" doğma meydanda "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, meydan sahiblərinin ikinci qolundan sonra "Neftçi" azarkeşləri səsləndirdikləri şüarlarla klubun icraçı direktoru Elnur Məmmədovu istefaya çağırıb. "Neftçi" rəhbərliyi, xüsusi ilə də Elnur Məmmədov digər matçlarda olduğu kimi, "Zirə"də də azarkeşlərin qəzəbinə tuş gəlib. Azarkeşlər bu mövsüm uğursuzluqların əsas günahkarı kimi icraçı direktoru görürlər.
saytlarin hazirlanmasi