19 komanda iştirak edəcək
Bu gün AFFA-nın inzibati binasında Azərbaycan kubokunun 2015/16 mövsümünün püşkü atılıb.
Sportal.az xəbər verir ki, Azərbaycan kuboku uğrunda 19 komanda mübarizə aparacaq. Komandaların 10-u Premyer Liqa, 9-u isə I divizionun təmsilçiləridir.
Azərbaycan kubokunun iştirakçıları bu komandalardır: “Qarabağ”, “İnter”, “Qəbələ”, “Neftçi”, AZAL, “Xəzər Lənkəran”, “Sumqayıt”, “Rəvan”, “Kəpəz”, “Zirə”, “Bakı”, “Neftçala”, “Qaradağ Lökbatan”, “Turan Tovuz”, “Şahdağ”, “Şəmkir”, “Mil Muğan”, MOİK, “Şərurspor”dur. I divizionun digər 5 komandası – “Energetik”, “Göyəzən”, “Bakılı”, “Ağsu” və “Zaqatala” isə yarışa qatılmayacaq.
Yarışın ilk mərhələsində - 1/16 finalda aşağı dəstənin 6 komandası 3 cüt təşkil edəcək. Qalib komandalar digər 13 komanda – Premyer Liqanın 10, I divizionun 3 komandası ilə birlikdə 1/8 final cütlərini müəyyənləşdirəcək.
Qeyd edək ki, 1/16 final mərhələsinin qarşılaşmaları oktyabrın 14-də baş tutacaq.
1/16 final
1. MOIK - “Turan-Tovuz”
2. “Şahdağ” - “Şəmkir”
3. “Şərurspor” - “Qaradağ-Lökbatan”
1/8 final
4. “Turan-Tovuz” - MOIK cütünün qalibi - “Inter”
5. “Rəvan” - “Bakı”
6. “Qarabağ” - “Şahdağ” - “Şəmkir” cütünün qalibi
7. “Sumqayıt” - “Neftçala”
8. “Neftçi” - “Şərurspor” - “Qaradağ-Lökbatan” cütünün qalibi
9. “Xəzər Lənkəran” - “Kəpəz”
10. “Qəbələ” - “Mil-Muğan”
11. AZAL - “Zirə”
1/4 final
2 mart – 9 mart 12. 4-cü cütün qalibi – 5-ci cütün qalibi 13. 6-cı cütün qalibi – 7-ci cütün qalibi 14. 8-ci cütün qalibi – 9-cu cütün qalibi 15. 10-cu cütün qalibi – 11-ci cütün qalibi
1/2 final
27 aprel – 4 may 16. 12-ci cütün qalibi – 13-cü cütün qalibi 17. 14-cü cütün qalibi – 15-ci cütün qalibi
Final
25 may 18. 16-cı cütün qalibi – 17-ci cütün qalibi
saytlarin hazirlanmasi