Yaşar Seyidov: "Bizdə AFFA-nın UEFA-ya göndərdiyi məktubun nüsxəsi var"

16:31 - 14 Oktyabr 2015

"Bunu Elxan Məmmədovdan soruşmaq lazımdır"

 

Xəbər verdiyimiz kimi, AFFA-nın baş katibi Elxan Məmmədov Bolqarıstanla oyun öncəsi jurnalistlərin suallarını cavablandırarkən Azərbaycanda stadion ifrastrukturundan da söhbət açıb. Lakin, Məmmədovun "Bakı" klubunun bazasını qeyd etməməyi birmənalı qarşılanmayıb.

 

Bu barədə "Bakı" klubunun vitse-prezidenti Yaşar Seyidov Sportal.az-a öz fikirlərini bildirib:

 

"Bakı"nın bazası UEFA-nın daim diqqət mərkəzində olub. Belə ki,17 yaşadək futbolçular arasında AVRO-2017-nin və AVRO-2020-nin stadion seçimi üçün UEFA nümayəndələri "Bakı"nın bazasında monitorinq keçiriblər və həmin monitorinqlərin nəticəsində bizə müsbət cavab verilib. Hətta, AFFA prezidenti Rövnəq Abdullayevin də bizim bazamızın bu yarışları keçirmək üçün UEFA-ya göndərdiyi təminat məktubu da məlumdur. Həmin məktubun bir nüsxəsi də bizdə var. Lakin, hazırda qərarın dəyişilib-dəyişilməməyi barədə bizə heç bir məlumat daxil olmayıb. Elxan Məmmədovun açıqlamasına gəldikdə isə, heç nə deyə bilmərəm. Öz açıqlamasında "Bakı"nın bazasının adını niyə çəkmədiyini onun yalnız özündən soruşmaq lazımdır".

Xəbər xətti