"Hakimə qarşı heç bir etirazım yoxdu"
Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində səfərdə AZAL-ın qonağı olan "İnter" 0:0-lıq heç-heçə edib.
Sportal.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov bunları qeyd edib:
"Oyunun ağır keçəcəyini bilirdik. Futbolçularıma tapşırıq vermişdim ki, müdafiədə etibarlı oynayın və fürsət düşdükcə hücuma keçin qol vurun. Yaxşı mübarizə apardıq və rəqibə oynamağa imkan vermədik. Son 7-8 turda maksimum 1-2 qol vururuq. Hücumlarımızı qola çevirə bilmirik. Hakimə qarşı heç bir etirazım yoxdu. Normal matç idarə etdi. Səhvi hakimdə yox, özümüzdə axtarmalıyıq. Hücumu qola çevirə bilmiriksə, hakim neyləsin? Tagim Novruzovun yoxluğu da özünü büruzə verdi. Mövsümün sonunda 5-ci yeri tutsaq, bu böyük uğur olar.
saytlarin hazirlanmasi