"Xəzər Lənkəran"ın mətbuat katibi: "Kluba hədə-qorxu gəlirlər"

14:10 - 18 Fevral 2016

"O uşaqları bir də milliyə çağırmayacağıq"

 

17 yaşlı futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov "Xəzər Lənkəran"ın gənc futbolçuları Yusif Həsənov və İbrahim Qədirzadəni milliyə dəvət etməməklə hədələyir.

 

Sportal.az xəbər verir ki, bu haqda cənub təmsilçisinin mətbuat katibi Hüseyn Cəbrayıloğlu öz "facebook" səhifəsində məlumat verib. Həmin açıqlamanı təqdim edirik:

 

"Azərbaycanın aşağı yaş qrupları üzrə millilərinin niyə əsas milliyə futbolçu verə bilməməsi səbəblərindən biri - Yusif Həsənovla İbrahim Qədirzadə U-17 yığmasının əsas üzvləridir. Bu iki futbolçudan başqa həmin yaş qrupunda Premyer Liqada çıxış edən milli üzvü yoxdur. İndiyə qədər bütün toplanışlarda iştirak ediblər. Son bir ayda isə daimi toplanışların sayı bitib tükənmək bilmir. Qarşıda klubumuzun iki oyununu nəzərə alıb hər iki futbolçunun 23-25 yoxlama oyunlarından azad olunmasını istəmişik. İndi millinin məşqçiləri Təbriz Həsənov başda olmaqla kluba hədə-qorxu gəlirlər ki o uşaqları bir də milliyə çağırmayacağıq. Adamlar hələ de anlamir ki bu iki futbolçunun premyer liqada oyunu bunların boş boş turnir və yoxlama oyunlarından üstündür. Təbriz Həsənov isə gözləsin onun haqda lətifə və ləqəb qoyulan hadisələri mütləq danışacam".

Xəbər xətti