"Çox aşağı səviyyədə oynadıq"
Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində doğma meydanda AZAL-la qarşılaşan "Sumqayıt" 2:0 hesablı qələbə qazanıb.
Sportal.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov bunları qeyd edib:
"Açığı deyim ki, çox aşağı səviyyədə oynadıq. Sonlara yaxın biraz oyunumuz alındı. Layiqli qələbəyə görə "Sumqayıt"ı təbrik edirəm. İlqar Ələkbərovla Murad Səttarlının olmaması oyunumuza təsir etdi. Bu məğlubiyyət bizi silkələməlidi. Avroliqa üçün şansımız hələ də var. Xal ehtiyatını artırmalıyıq. Hakim barədə danışmaq istəmirəm. Biz qol epizodu yarada bilmiriksə, hakim neyləsin?"
saytlarin hazirlanmasi