"Məzmunlu oyun göstərən komandayıq"
"Sumqayıt"ın müdafiəçisi Rasim Ramaldanov AZAL-la (2:0) matçdan sonra Sportal.az-a müsahibə verib:
- Debüt matçınızda ilk qələbənizi qazandınız…
- 20-25 gündür ki, komandadayam. Komanda yoldaşlarımla münasibətim çox yaxşıdır. Adaptasiya olmaqda çətinlik çəkmədim. İlk oyunum idi. Fikrimcə, pis oynamadıq. Şükürlər olsun ki, qələbə bizimlə oldu.
- “Qara zolaq”dan çıxdığınızı söləmək olar?
- Düzdür, 3 oyun idi ki, qələbə üzünə həsrət idik. Hesab edirəm ki, digər oyunlarımızda bəxtimiz də gətirməmişdi. Ümid edirəm ki, bundan sonra daha da yaxşı oyun sərgiləyəcəyik.
- “Sumqayıt”a gəlməklə yenidən milliyə dəvət alacağınınızı gözləyirsiniz?
- “Sumqayıt” zəif komanda deyil. Topla oynamağı sevən futbolçular var. Məzmunlu oyun göstərən komandayıq. Milliyə dəvət almasam belə, əsas odur ki, özümü yaxşı tərəfdən göstərim.
- Daha əvvəl “Xəzər Lənkəran” və “Simurq”da çıxış etmisiniz. İlk dəfədir ki, iddiasız klubda çxış edirsiniz. Bu oyununuza necə təsir göstərə bilər?
- Mən deməzdim ki, iddiasız komandayıq. Xeyr. Biz yaxşı futbol oynayırıq. Yenə bildirirəm ki, məğlub olduğumuz üç qarşılaşmada bəxt də bizim tərəfimizdə olmamışdı.
- Müqaviləniz mövsümün sonunda başa çatacaq. Yeni müqavilə imzalayacaqsınız yoxsa digər təklifləri dəyərləndirmək fikriniz var?
- İnşallah hər şey yaxşı olar. “Sumqayıt”la yeni müqavilə imzalayıb, çıxışıma davam etmək istəyirəm.
saytlarin hazirlanmasi