Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində səfərdə "Rəvan"ın qonağı olan "Qəbələ" 1:0 hesablı qələbə qazanıb.
Sportal.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bunları qeyd edib:
- Oyundan razı qaldınız?
- Bizim xal itirməyə haqımız yox idi. İlk hissədə meydana uyğunlaşmağımız zaman aldı. Bundan sonra oyunumuzu qura bildik. Bu qələbəyə heç kimin şübhəsi ola bilməz.
- Ardıcıl 3 qələbədən sonra "Qəbələ”nin öz oyununu tapdığını düşünmək olar?
- Biz oyunumuzu itirməmişdik. Bəziləri "Qəbələ”ni bu oyuna görə tənqid edirdi. Mən bunlara seriya kimi yanaşmıram. Mən bütün oyunları analiz edirəm. Ən müsbət halımız qalib gəldiyimiz oyunu analiz etməyimizdir. Oyunumuzun tam yaxşı alındığını deyə bilmərəm. Səhvlərimizdən nəticə çıxarırıq.
- Antonov, Dodo və Ruslan Abışovun durumu necədir?
- Antonov, Dodo, Rəşad Sadiqov zədəlidir. Onların yoxluğu bizim üçün ciddi itkidir. Rəşad ağır xəstələnmişdi. Antonov fevralın 24-ü ölkəyə gələcək. Dodo isə 10 gün ərzində məşqlərə başlaya biləcək. Ruslan Komanda ilə məşq edir. Yaxın günlərdə meydanda olacaq.