"Oyuna çox istəkli çıxmışıq"
"Sumqayıt"ın kapitanı Vurğun Hüseynov AZAL-la (2:0) matçdan sonra Sportal.az-a müsahibə verib:
- Oyun haqda fikirləriniz?
- Oyuna çox istəkli çıxmışıq. Qələbəni arzulayırdıq. İstəyirdik ki, “qara zolaq”dan çıxaq. Şükürlər olsun ki, bunu bacardıq.
- 3 oyun ardıcıl məğlub oldunuz. Komandada nə çatmırdı?
- Bu, futboldur. Uğursuzluğa düşmüşdük. Bəxtimiz gətirmirdi. Qol epizodlarımız olurdu, amma yararlana bilmirdik. Lakin bu oyunda bacardıq.
- Növbəti oyun çətin “Kəpəz” səfəridir...
- Çox ciddi hazırlaşacağıq. Baş məşqçimiz rəqibi analiz etdikdən sonra bizə lazım olan tapşıraqları verəcək. Çətin səfər olsa da, bizim hədəfimiz üç xaldır.
- Gəncədə ot örtüyü elə də ideal deyil...
- Düzdür, orada oynamaq bizim üçün çətin olacaq. İşimiz budur. Neyləmək olar? Biz bəhanə axtarmamalıyıq. İnşallah səfərdən qələbə ilə dönmək istəyirik.
- Artıq “qara zolaq”dan çıxdığınızı söyləmək olar?
- Əlbəttə. Bu qələbə bizə çox vacib idi. İnşallah növbəti oyunlarda çox şey bilinəcək. Biz yaxşı kollektivik.
- “Kəpəz”lə oyunda 1 xal sizi qane edirmi?
- Gəncə təmsilçisi öz meydanında yaxşı futbol nümayiş etdiir. Bilirik ki, çətin oyun olacaq. Amma biz ora 1 xal üçün getməyəcəyik. Bizim hədəfimiz 3 xaldır.
saytlarin hazirlanmasi