- Zəif rəqiblərə qarşı çətinlik çəkirsiniz…
- Bunun səbəbini bilmirəm...
- Son oyunlarda tez-tez sədələnirsiniz. Bu gün də belə oldu…
- Ağrılar hiss edirəm. Ayağıma zərbələr vurulub.
- Bunu yaxşı oynadığın üçün edirlər?
- Bilmirəm. Bəlkə də.
- III dövrədə daha inamlı çıxış edirsiniz…
- Var gücümlə oynayıram. Məşqlərdə də fəalam. Növbəti matçlarda da belə davam edəcəyimə inanıram. Əsas komandanın uğur qazanmasıdır.
- Ardıcıl qələbələrdən sonra komandada əhval-ruhiyyə necədir?
- Qələbələr bizdə ruh yüksəkliyi yaradır. İnanıram ki, belə də davam edəcəyik.
- Aleksey Antonov komandada zədə səbəbində yoxdur və siz də qələbələr qazanırsınız…
- Xeyr. Mən bunu Antonovun yoxluğu ilə əlaqələndirə bilmərəm. Qətiyyən.