"İndidən nəsə demək çətindir"
"Qəbələ"nin Kapitanı Aleksey Qay "Rəvan" - "Qəbələ" (0:1) matçından sonra jurnalistlərin suallarını cavablandırıb:
Sportal.az həmin müsahibəni təqdim edir:
- Çətin qələbə qazandınız...
- Qələbə qazanmaq asan olmur. Bunun çox səbəbləri var. Fikrimcə, əsas məsələ ondadır ki, rəqibimizi məğlub etdik. Əsas da, budur.
- Rəqib hakimdən iki dəfə penalti tələb etdi...
- Epizodlardan biri yadımdadır. Ancaq həmin vəziyyətdə qayda pozuntusu yox idi.
- Son üç oyunqa qalib gəlsəniz də, məhsuldarlığınız zəifdir...
- Futbolda ən gözəl nəticə qazanmağındır.Qalib gəlmişiksə, bundan razı qalmalıyıq. Düzdür, daha çox qol vurmaq istəyirsən. Yəqin ki, növbəti oyunlarda qollarımız daha çox olar.
- Autsayderlər üzərində çox çətinlik çəkirsiniz...
- Mən rəqiblərimizi güclərinə görə bölmürəm. Hər oyunda istədiyimiz qədər topla oynamaq istəyirik. Bəzən alınsa da, elə oyun olur ki, alınmır.
- Ardıcıl 2-ci oyundur kapitanlıq sarğısını daşıyırsınız. Özünüzü necə hiss edirsiniz?
- Yaxşı.
- Turnir cədvəlindəki mövqeniz sizi qane edir?
- Bütün oyunlarda qalib gəlmək lazımdır. İndidən nəsə demək çətindir. Çempionatın sonunda baxarıq ki, hansı pillədəyik.
- Ötən il də qış fasiləsindən sonra pis başlamışdınız. Amma sonradan uzun qələbə seriyası əldə etdiniz.Sizcə, həmin seriya təkrarlanır?
- Burada ssenari qurmaq asan deyil. Əgər hər şey uğurlu alınsa, məğlub olduğumuz oyunlar yada düşməyəcək.
saytlarin hazirlanmasi