XXII tur
Azərbaycan Premyer Liqasının XXI turu keçirilən 5 matçla arxada qalıb.
Sportal.az xəbər verir ki, turda ən çox azarkeş "Azərsun Arena"da baş tutmuş "Qarabağ" - "Neftçi" oyununda (2:0) qeydə alınıb.
Belə ki, Suraxanıda baş tutmuş turun mərkəzi matçını 3000 azarkeş izləyib. Ən az azarkeş isə "Rəvan" - "Qəbələ" (0:1) və "İnter" - "Kəpəz" qarşılaşmalarında (1:0) qeydə alınıb. "Bayıl Arena" və "İnter Arena"da baş tutmuş hər iki oyunda 300 tamaşaçı olub.
Digər oyunlardan "Kapital Bank Arena"da baş tutmuş "Sumqayıt" - AZAL matçını (2:0) 1500, Lənkəran şəhər stadionundakı "Xəzər Lənkəran" - "Zirə" oyununu (0:2) isə 2500 tamaşaçı tribunalardan izləyib. Ümumilikdə, turun 5 oyununu 7600 tamaşaçı izləyib ki, bu da, orta hesabla hər oyuna 1520 azarkeş deməkdi.
saytlarin hazirlanmasi