AFFA "Neftçi", "İnter" və "Rəvan"ı cəzalandırdı

12:57 - 23 Fevral 2016

Komitənin qərarları
 
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
 
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, komitə Azərbaycan Premyer Liqasının XXII turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib
 
Azərbaycan Premyer Liqasının XXII turunun “İnter” – “Kəpəz” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
 
Azərbaycan Premyer Liqasının XXII turunun “Qarabağ” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
 
Azərbaycan Premyer Liqasında çıxış edən klubların XXI turunun “Zirə” – “Rəvan” matçının videoyazısına baxıldıqdan sonra aşkar olunub ki, “Rəvan” klubunun 11 №-li futbolçusu Elnur Abdulov oyunun 75-ci dəqiqəsində meydançaya daxil olarkən futbolçunun formasında adı qeyd olunmayıb. Fubolçunun adının qeyd olunmamasına görə “Rəvan” klubu 1000 manat cərimə olunur.

Xəbər xətti