"Neftçi"dən qalmaqalla ayrılan məşqçi özünə yeni klub tapdı

16:04 - 23 Fevral 2016

I Divizion klubunda çalışacaq

 

Milli komandamızın sabiq qapıçısı Hüseyn Məhəmmədovun yeni iş yeri müəyyənləşib.

 

Sportal.az aut.az-a istinadən xəbər verir ki, veteran qapıçı bundan sonra "Qaradağ Lökbatan" klubunda çalışacaq.

 

Belə ki, o, I Divizion klubunun aşağı yaş qrupları üzrə bütün komandalarının qapıçılarla işləyən məşqçisi təyin edilib. Hüseyn Məhəmmədov bu gün yeni vəzifəsinin icrasına başlayıb.

 

Qeyd edək ki, Hüseyn Məhəmmədovun son iş yeri "Neftçi" olub. O, paytaxt klubunda aşağı yaş qrupları üzrə komandalarında qapıçılarla işləyən məşqçi funksiyasını yerinə yetirirdi.

Xəbər xətti