XXII tur müzakirə olundu
Azərbaycan teleməkanının populyar futbol verilişi "TOP-TOP" növbəti buraxılışı ilə tamaşaçıların görüşünə gəlib.
Sportal.az xəbər verir ki, Araz Əhmədovun bu dəfəki qonaqları "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli, MOİK klubunun baş məşqçisi Müşviq Qənbərov və "İnter"FK-nın kapitanı Nizami Hacıyev olub.
Canlı yayımda Premyer Liqanın 22-ci turunun görüşlərini müzakirə edən qonaqlar, həmçinin bir çox suallara aydınlıq gətirib. “İnter”FK-nın kapitanı Nizami Hacıyevin sensasion açıqlamalarına səhnə olan verilişdə Topaz Premyer Liqasında “Qarabağ”ın çempionluq şansları geniş diskussiyaya səbəb olub.
saytlarin hazirlanmasi