Samir Musayev futbolçularının millidən kənar qalmasına izah tapa bilmir: "Anlamıram, bunların "Qarabağ"la qəsd-qərəzliyi var?" AKTUAL

12:25 - 25 Fevral 2016

Təbriz Həsənov çempion komandaya güvənmir

 

Avropa çempionatının final mərhələsinə hazırlaşan U-17 milli komandamız iki gün əvvəl Rusiyanın eyni yaş qrupu üzrə millisiylə üz-üzə gəldi. Doğma divarlar arasında rəqibinə 1:5 hesabıyla uduzan millimizin heyətində “Qarabağ”dan bir nəfərin belə olmaması diqqətimizi çəkdi. Axı, Samir Musayevin rəhbərlik etdiyi “Qarabağ” son mövsüm bu yaş qrupunda (1999-cu il təvəllüdlü) çempion olub, bu mövsüm də pis çıxış etmir.

 

U-17 millisinin baş məşqçisi Təbriz Həsənovun “Qarabağ”lılara nədən güvənməməsinin səbəbini öyrənmək üçün Samir Musayevə müraciət etdik. Sportal.az saytına danışan Musayev həmkarının milliyə seçimi hansı əsaslarla apardığını anlamadığını dedi:

 

“Ötən mövsüm çempion olduq, amma ilboyu heç bir futbolçumuz mütəmadi olaraq milliyə çağırılmadı. Bu mövsüm heyətimizdə dəyişikliklər oldu, 6 yeni oyunçu gəldi. Ola bilər ki, çempionluq mübarizəsindən qopmuşuq, amma yenə də liqanın bombardiri 22 qolla bizim futbolçumuz Ülvi İbrahimovdur. Ülvi ötən mövsümü də yüksək səviyyədə keçirmişdi. Elə ötən mövsüm çempionatın ən yaxşı oyunçusu da “Qarabağ”dan oldu – Famin Əliyev. O da milliyə dəvət almır.

 

Tək Ülviylə Famin deyil, Rahid Ağazadə, Əli Əliyev, Ülvi Əliyev də milliyə layiqdi. Axı, onların nəyləri yığmadakı futbolçulardan zəifdi? Niyə bizim komandadan milliyə oyunçu çağırılmır? Səmimi deyirəm, bu suala cavabım yoxdur.Anlamıram, bunların “Qarabağ”la qəsd-qərəzliyi var?” 

Xəbər xətti