Eddi İsrafilov: "La Liqada böyük təcrübə qazanmışam" MÜSAHİBƏ

12:12 - 27 Fevral 2016

"Komandaya adaptasiya olmuşam"
 
Millimizin və "Kordoba"nın futbolçusu Eddi İsrafilov "marca" qəzetinə müsahibə verib.
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- "Kordoba"dakı ilk həftəniz necə keçdi?
- Çox xoşbəxtəm. Hər şey ürəyimcədir. Komandaya adaptasiya olmuşam..
 
- Komandanızla bağlı hansı təəssüratlarınız necədir?
- Çox xoşuma gəlir. Heyətdə çox yaxşı futbolçular var. Bu, bizim oyunumuza da müsbət təsir göstərir.
 
- Komandanızın La Liqaya çıxmaq şansı var?
- Əlbəttə. "Kordoba"nın hədəfləri böyükdür. La Liqaya vəsiqə qazanmaq istəyirik.
 
- "Kordoba"ya necə fayda verə bilərsiniz?
- La Liqada böyük təcrübə qazanmışam. Əlimdən gələni edəcəm ki, “Kordoba”ya faydalı olum.
 
- Baş məşqçi Xose Luis Oltre haqda nə fikirlərniz var?
- Çox yaxşı məşqçidir. O, işinə can yandıran mütəxəssisdir və bu, mənim xoşuma gəlir. O, bizi yaxşı motivasiyalandırır.
 
- Qarşınıza hansı hədəfləri qoymusunuz?
- Mənim hədəfim əsas heyətdə möhkəmləndirməkdir. Daha çox oynamaq istəyirəm.
 
- La Liqanı Sequndaya dəyişməklə geriyə addım atmadınız?
- Əksinə, bunun müsbət cəhətləri var. Çünki orada elə də çox oynamaq şansım olmurdu. Amma yeni klubumda daha çox oynayacağıma ümid edirəm.
 
- La Liqanın ilk dövrəsindəki çıxışınızı necə qiymətləndirərdiniz?
- Bütövlükdə, yaxşı. Orada çoxlu yeniliklər öyrəndim. Lakin La Liqada "qara zolağ"a düşmüşdüm. Zədələr imkan vermirdi. Buna baxmayaraq, "Eybar"da təcrübə qazandım.
 
- "Kordoba"nın aparıcı oyunçusuna çevriləcəyinizə inanırsınız?
- Ümid edirəm ki, elə də olacaq. Bu, mənim özümdən asılıdır.
 
- "Kordoba"dan başqa hansı variantlarınız var idi?
- Başqa komandalardan da bir neçə təklif almışdım. Amma "Kordoba"nın təklifi mənim daha çox diqqətimi çəkdi. Ona görə də, "Kordoba"nı seçdim.

Xəbər xətti