- Hakimin qərarı haqsız idi?
- Fariz Yusifova hörmət edirik. Amma bu vəziyyətə qırmızı vərəqə vermək olmazdı. ÖZü də belə bir matçda.
- Əgər qol buraxmışamsa, ya mən səhv etmişəm, ya da müdafiəçilər. Onu deyə bilərəm ki, çox çətin top idi. Qüvvətli bir zərbə idi.
- Belə hesabın qeydə alınacağını düşünürdünüz?
- Biz bura qələbə üçün gəlmişdik. 3 - 0 hesablı məğlubiyyət gözlənilməz oldu. Əgər mənasız bir qırmızı vərəqə olmasaydı hesab fərqli olacaqdı. Məğlubiyyətin səbəbi məhz bu idi.
- Bu mövsüm "Zirə"yə qalib gələ bilməmisiniz...
- “Zirə” yaxşı komandadır. Çempionatın ən güclü komandalarından biri elə "Zirə"dir. Yaxşı oyun nümayiş etdirdilər. Rəqibi təbrik edirəm.
- Komandanı bu məğlubiyyətdən sonra toparlamaq üçün nə etmək lazımdır?
- Bu nəticəni unutmalıyıq və növbəti oyuna hazırlaşmalıyıq. Qarşıda bizi “Xəzər Lənkəran”la kubok matçı gözləyir. Həmin görüşü fikirləşməliyik.
- "Neftçi"nin Avroliqa şanslarını necə dəyərləndirirsiniz?
- Çempionatın bitməsinə 13 tur qalıb. Oyunumuzu inkişaf etdirməliyik. Psixoloji vəziyyətimizi yaxşılaşdırmalıyıq. Hazırda bizim çıxış yolumuz budur.