23-cü tur
Azərbaycan Premyer Liqasının 23-cü turu keçirilən 5 matçla arxada qalıb.
Sportal.az xəbər verir ki, 5 matçı stadiondan ümumilikdə 17 min 800 azarkeş izləyib. Ən çox azarkeş isə Gəncədə qeydə alınıb. Belə ki, "Kəpəz" - "Sumqayıt" (0:0) matçında 13 min 500 izləyici olub. İkinci ən çox azarkeş toplayan matç isə 2000 fanatla "İnter" - "Qarabağ" (1:1) qarşılaşması olub.
"Qəbələ" - "Xəzər Lənkəran" (0:0) oyununda 1100, "Zirə" - "Neftçi" (3:0) qarşılaşmasında 900, AZAL - "Rəvan" (0:0) matçında isə 300 izləyici qeydə alınıb.
saytlarin hazirlanmasi