"Böyükhesablı qәlәbә fikirləşmirdim"
	 
	"Zirə" - "Neftçi" (3:0) matçından sonra "qartallar"ın qolkiperi Kamal Bayramov Sportal.az-a müsahibə verib.
	 
	 
	- Oyun haqda fikirləriniz?
	- Oyuna ciddi hazırlaşmışdıq. Güclü rәqibә qarşı oynayacağımızı bilirdik. Çox sevinirәm ki, qәlәbә qazandıq
	 
	- Hesabın belә olacağını gözlәyirdiz?
	-  Şәxsәn mәn belә böyükhesablı qәlәbә fikirləşmirdim. Biz oyunlara yaxşı hazırlaşırıq. Bu matçda futbolçular öz vəzifələrini layiqincə icra etdilər.
	 
	- Start heyətdə Anar Nəzirovun olacağı gözlənilirdi. Lakin əksinə oldu…
	- Belə olacağını gözlәmirdim. Özü də paytaxt derbisində. Ancaq bizim heyәtimiz genişdir. Hər kəs start heyətdə çıxıb oynamağa hazırdı.
	 
	- Özünüzü derbiyə hazır hiss edirdiniz?
	- Mәnә göstәrilәn etimadı doğrultmağa çalışdım. Bu mәnim üçün çәtin olmamalıdır.
	 
	- Rәqib futbolçular bildirirlər ki, nәticәyә tәsir edәn әsas amil hakimin Cavid İmamverdiyevi meydandan qovması oldu...
	- Hakimin qәrarlarına hәmişә hörmәt etmişəm. Həmin epizodla bağlı heç nə deməyəcəm. Fikrimcə, biz qələbəyə layiq oyun nümayiş etdirdik.
                      
saytlarin hazirlanmasi