Əfran İsmayılov: "Rəşad Sadıqov həmişə kapitanlığını sübut edib" MÜSAHİBƏ

14:22 - 28 Fevral 2016

"Heç bir komanda xal itkisindən sığortalanmayıb"
 
"İnter" - "Qarabağ" (1:1) matçından sonra Əfran İsmayılov Sportal.az-a müsahibə verib:
 
- Oyun haqda fikirləriniz?
- “İnter”lə oyunlarımız həmişə çətin olub. Çox ağıllı oyun nümayiş etdirirlər. İlk hissədə çətinlik çəkdik. Şükürlər olsun ki, ikinci hissədə məğlubiyyətdən qurtula bildik.
 
- İlk hissədə qol vurmamağınızı nə ilə əlaqələndirirsiniz?
- Qapalı oynayırdılar. Müdafiə xəttində çox etibarlı idilər.
 
- Rəşad Sadıqovun qol vurması sizin üçün gözlənilməz olmadı?
- Rəşad Sadıqov bizim kapitanımızdır. O, kapitanlığını həmişə sübut edib. Onun necə futbolçu olduğu haqda geniş danışmağa ehtiyac yoxdur. Mən ikinci hissədə meydana daxil oldum və bacardığımı etdim ki, komandaya xeyir verim.
 
- “Zirə” ilə xal fərqi 4-ə endi. Bu xal itkisisi sizə ciddi təsir edəcək?
- Belə deməzdim. Bir oyun udursan, bir oyun isə məğlub olursan. “Qəbələ” də bu tur xal itirdi. Heç bir komanda xal itkisindən sığortalanmayıb.
 
- Qarşıda “Zirə” ilə vacib oyununuz var…
- Həqiqətən də “Zirə”nin oyunu göz oxşayır. Çox istəkli oynayırlar. Neçə turdur ki, qələbə qazanırlar. Bizi çox çətin oyun gözləyir. Biz də istəyirk ki, çempion olaq. Ona görə də, “Zirə”ni məğlub etmək istəyirik. 

Xəbər xətti