Mirkamil Həşimlidən Türkiyə mətbuatına cavab: "Fənərbaxça"dan ayrılmağım yaşımla bağlı idi"

16:07 - 28 Fevral 2016

"Akhisar"dan təklif almışdım"

 

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl milliyyet.com.tr saytı "Rəvan"ın gənc futbolçusu Mirkamil Həşimli haqda "Mirkamil Haşımlının dramı" başlıqlı yazı dərc edib. Yazıda bir zamanlar "Fənərbaxça"da oynayan futbolçunun gələcəyin ulduzları arasında göstərildiyi  qey edilir: "Fənərbaxça"da gələcəyin ulduzlarına namizədlər arasında göstərilən Mirkamil Həşimli Azərbaycanda forma belə geyə bilmir. Bir qarın çörəyə oynayır".

 

Bu barədə Sportal.az-a açıqlama verən Həşimli bunları qeyd edib:

 

"Bu yazını bir təndiq olaraq başa düşürəm. "Fənərbaxça"dan ayrılmağım isə yaşımla bağlı idi. Əsas komandaya dəvət qazana bilmədim. Bizdən ancaq Uyqar Mert Zeybek seçildi. Mənə bir sıra təkliflər də var idi. Superiqada mübarizə aparan "Akhisar"dan təklif almışdım. Oradan ayrılmağıma haqlı səbəblər var idi. Yenidən Türkiyəyə getmək şansım var. Mövsümün sonuna qədər burada çıxış edib yenidən təklifləri dəyərlənirəcəm".

Xəbər xətti