Milli komandaya ilk dəfə dəvət alan futbolçu: "Yığmamız üçün əlimdən gələni edəcəm"

18:16 - 16 May 2016

"Milli komandaya dəvət almaq ən böyük arzum idi"
 
Xəbər verdyimiz kimi, mayın 23-dən iyunun 4-dək Avstriyada təlim-məşq toplanışı, həmçinin Andorra, Makedoniya və Kanada ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
 
Milliyə ilk dəfə dəvət alan "Sumqayıt"ın forvardı Amil Yunanov fikirlərini Sportal.az saytına bölüşüb:
 
"Milli komandaya dəvət almaq ən böyük arzum idi. Şükürlər olsun ki, bu arzum reallaşdı. İndi isə millimiz üçün əlimdən gələn hər şeyi edəcəm. Məşqçilərin güvənini qazanmağa çalışacam"
 
Yunanov millidə də qol vurmaq üçün çalışacağını deyib:
 
"Millidə ilk növbədə məşqlərdə özümü sübut etməliyəm. Şans veriləcəyi təqdirdə, qol vurmaq üçün canımı qoyacam".

Xəbər xətti