İlqar Ələkbərov: "Klublarında ehtiyatda qalanlar hər dəfə milliyə dəvət olunur"

17:47 - 17 May 2016

"Heç bir futbolçunun haqqına girmək olmaz"

 

"Əlbəttə hər futbolçu istəyər ki, milli komandada oynasın. Mən öz üzərimdə çalışıram. Bu mövsüm pis təsir bağışlamadım. Milliyə dəvət almamışam deyə futbol qurtarmır. Daha çox çalışmaq lazımdır ki, növbəti dəfə dəvət alaq. Hər an hazır olmaq lazımdır".

 

Bu fikirləri Sportal.az-a açıqlamasında AZAL-ın futbolçusu İlqar Ələkbərov bildirib.

 

Gənc futbolçu hər an milli komandada oynamağa hazır olduğunu söyləyib: "Seçimin ədalətli olması barədə mən yox, milli üzvləri yaxşı bilər. Heç bir futbolçunun haqqına girmək olmaz. Laiqdirlər, çağırılıblar. Elə futbolçualar da var ki, klublarında ehtiyatda qalanlar hər dəfə milliyə dəvət olunurlar. Mən cavanam, hələ karyeram qabaqdadır. Nə vaxt dəvət etsələr, millimizdə oynamağa canla-başla hazıram".

Xəbər xətti