"Kəpəz" millimizin futbolçusu ilə yollarını ayırır ÖZƏL

00:18 - 18 May 2016

Komandadan gedəcək ilk futbolçu məlum oldu
 
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev mövsümün sonunda 6 futbolçunun komandadan ayrılacağını açıqlamışdı.
 
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, onlardan biri "Qarabağ"ın icarə əsasında "Kəpəz"də forma geyinən futbolçusu Tərlan Quliyevdir. Artıq icarə müqaviləsi başa çatan futbolçu ilə yeni danışıqların olmayacağı dəqiqdir. Futbolçunun isə yeni komandasının adına yaxın günlərdə aydınlıq gələcək.

Xəbər xətti