"Hər şeyi unudub "Xəzər Lənkəran" və azarkeşlərimiz üçün vuruşacağıq"

00:37 - 18 May 2016

Vüqar Bəybalayev: "İndi bu təkliflər haqda düşünmək mənə yaraşmaz"
 
"Bizi nə qədər əhəmiyyətli oyun gözlədiyini yaxşı başa düşürük. Bu qarşılaşmaya da cddi hazırıq. Əlimizdən gələni edəcəyik ki, "Rəvan"ı məğlub edək və mövsümü sonuncu pillədə başa vurmayaq. Bu qarşılaşmada azarkeşlərimizə ehtiyacımız var. Ümid edirəm, "Xəzər Lənkəran"lılar stadionu dolduracaq və bizi bu çətin gündə tək qoymayacaq. Artıq hər şeyi unudub meydanda klubumuz və azarkeşlərimiz üçün vuruşacağıq".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın gənc yarımmüdafiəçisi Vüqar Bəybalayev bildirib. Yarımmüdafiəçi Lisenziya komissiyasının "Xəzər Lənkəran"ın Premyer Liqada iştirakına görə lisenziya verməsinin komandaya təsir etdiyini də dilə gətirib:
 
"Düzdür, bu qərar komandadakı ab-havaya təsir edib. Amma hələ də yekun qərar verilməyib. Bizim bu dəqiqə əsas işimiz "Rəvan"la oyunu udub sonuncu pillədən qurtulmaqdır. Məhz bunu etdikdən sonra, klub rəhbərliyinin də komandanın Premyer Liqada mübarizə aparması üçün əlindən gələni edəcəyindən əminik".
 
Bəybalayev artıq bir neçə klubdan təklif aldığını da təsdiqləyib:
 
"Düzdür, bir neçə Premyer Liqa klublarından təkliflər var. İndi bu təkliflər haqda düşünmək mənə yaraşmaz, bütün fikrimi bizim üçün ölüm-dirim mübarizəsi olacaq "Rəvan"la oyuna yönəltmişəm."

Xəbər xətti